12px14px16px18px

Fərdi şəxsi hesaba malik sığortaolunanların sayı 1 978 890 nəfərə çatıb

04:14 / 10.04.2012
2012-ci ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əlavə olaraq 12 036 sığortaolunana sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb. Fonddan verilən məlumata görə, aprelin 1-nə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı 1 978 890 nəfərə catıb.
Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların 56,1 faizi kişi, 43,9 faizi isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar nisbətən üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 24,7 faizini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 23,5 faiz, 30-40 yaşa kimi sığortaolunanlar 22,4 faiz, 50-60 yaşa kimi sığortaolunanlar 20,3 faiz, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 9,1 faiz təşkil edir.
BƏXTİYAR




Bu yazı ( 91 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar