12px14px16px18px

Bakı ətrafındakı bağların su təchizatı ilə ayrıca qurum məşğul olacaq

12:08 / 07.04.2012
“Azərsu” ASC-də idarəetmə sisteminin təkmilləşdirilməsi və nəzarət sisteminin gücləndirilməsi üçün qurumun idarə və müəssisələrində struktur islahatları aparılır. ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu islahatların tərkib hissəsi olaraq “Azərsu” sədrinin əmri ilə “Bakı Sukanal” İdarəsinin “Bağlar Sukanal” Departamenti yaradılıb. Yeni yaradılan departament Bakı şəhərinin Sabunçu və Binəqədi rayonlarının, Sumqayıt və Abşeronun bağ massivlərindəki, həmçinin Novxanı, Fatmayi, Goradil, Mehdiabad, Məhəmmədi, Yeni Məhəmmədi, Digah, Pirşağı və Kürdəxanı qəsəbələrindəki abunəçilərə xidmət göstərəcək. İndiyə qədər bu ərazilərə Binəqədi və Sabunçu Sukanal Departamentləri, Sumqayıt və Abşeron Sukanal İdarələri xidmət göstərirdi. Qeyd edək ki, adıçəkilən ərazilərdə 22700 abunəçi var.




Bu yazı ( 55 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar