12px14px16px18px

Üç rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

12:08 / 07.04.2012
Bu gün Qəbələ, Ağdaş və Göyçay rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar 7 aprel 2012-ci il tarixdə gün ərzində “Qazıməmməd-Qazax” (I xətt) magistral qaz kəmərində təbii qaz nəqli dayandırılacaq.Təmir işləri zamanı Qəbələ rayonunun kənd və qəsəbələrində, Göyçay şəhərinin bir hissəsində, rayonun Qarabaqqal, Hacılıkənd, Çayarxı, Qızılağac kəndlərində, Ağdaş şəhərində (qismən) və rayonun Şəmsabad istiqamətində yerləşən 18 kəndində təbii qazın verilişində fasilələr yaranacaq.



Bu yazı ( 48 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar