12px14px16px18px

“Elektron hökumət” layihələrində Coğrafi İnformasiya Sistemlərinin (GİS) tətbiqi mövzusunda seminar oldu

12:06 / 07.04.2012
Dünən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) təşəbbüsü və “İntegris” şirkətinin təşkilati dəstəyi ilə “Elektron hökumət” layihələrində Coğrafi İnformasiya Sistemlərinin (GİS) tətbiqi” mövzusunda seminar keçirilib.
RİTN-nın İnformasiya cəmiyyəti şöbəsinin aparıcı məsləhətçisi Etibar Umudov bildirib ki, Azərbaycanda “E-hökumət” layihəsi uğurla davam etdirilir və tezliklə portalın istifadəyə verilməsi planlaşdırılıb. Onun sözlərinə görə, dövlət qurumlarının “E-xidmət” səviyyəsi yüksək şəkildədir: “Beləki, təhsil, səhiyyə, ədliyyə, daxili işlər, vergilər, gömrük, sosial müdafiə və digər sahələrdə tətbiq edilən informasiya sistemləri, reyestrlər və sair informasiya resursları dövlət orqanlarının vətəndaş təşkilatlarına münasibətləri sadələşdirilmiş, onlara müasir xidmətlərin göstərilməsinə şərait yaradılıb. “E-hökumət”in mühüm tərkib hissəsi olan Azərbaycan əhalisinin dövlət reyestrinin formalaşdırılması, e-bəyannamələrin, elektron hesab-fakturalarının, ali təhsil müəssisələrinə və dövllət qulluğuna test imtahanlarında iştirak etmək e-ərizələrin qəbulu, statistik məlumatların elektron formada təqdim olunması və s. deyilənlərə əyani sübutdur. Dövlət qurumlarının “e-xidmət” göstərməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən fərman imazalanıb. Bu fərmandan irəli gələrək, Nazirlər Kabinetinin müvafiq qərarı ilə mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə “e-xidmət”lərin göstərilməsi qaydaları və “e-xidmət” növlərinin siyahası təsdiq edilib. Bu qərardan irəli gələrək, Vergilər Nazirliyi tərəfindən fərdi sahibkarların və yerli investisiya hüququ şəxslərin elektron qeydiyyatı, Dövlət Sosial Müdafiə Fondu tərəfindən məcburi dövlət sosial sığortası üzrə hesabatların və sığortalananlar barədə məlumatların elektron qəbulu fərmanın nəticəsi olub. Coğrafi İnformasiya Sistemi “E-hökumət” həllərində tətbiqi önəmli bir məsələdir və əminəm ki, dövlət qurumları bu sistemdən faydalanacaq”.
“Data+” Şirkətinin biaş direktoru Aleksey Uşakov bildirib ki, şirkət müxtəlif sahələrdə layihələr həyat keçirir. Onun sözlərinə görə, belə bir seminar aprel sonlarında Kiprdə olacaq. Şirkət rəhbəri GİS-in tətbiqi ilə bağlı bir çox ölkələrdə seminar və konfransların keçiriləcəyini diqqətə çatdırıb.
“İNTEGRİS” Şirkətinin baş meneceri İlham Bayramov bildirib ki, Azərbaycan sürətli inkişaf dövründədir. Onun sözlərinə görə, bu inkişaf İKT sahəsində də özünü biruzə verir: “Azərbaycanda informasiya texnologiyalarının inkişafı və “E-hökumət”in formalaşdırılması prioritet sahələrdəndir və bu istiqamətdə müvafiq qanunvericilik bazası yaradılıb. Keçirilən seminarın özü də “E-hökumət”in formalaşmasına bir kiçikdə olsa, töhvə verə bilər. Coğrafi İnformasiya Sistemləri bir çox sahələrdə tətbiq edilir və hətta həyatın ayrılmaz hissəsinə çevrilib”.
Seminarda Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Nəqliyyat, Mədəniyyət və turizm, Daxili işlər, Səhiyyə, Kənd təsərrüfatı nazirlikləri, Dövlət Torpaq və xəritəçəkmə, Şəhərsalma və arxitektura, Gömrük, Əmlak Məsələləri Dövlət komitələri (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşma Mərkəzi), Dövlət Neft Şirkəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azəriqaz” İstehsalat Birliyi, “Azərenerji” Səhmdar Cəmiyyəti, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu, Bakı Dövlət və Azərbaycan Memarlıq və İnşaat universitetlərinin nümayəndələri iştirak edib.
BƏXTİYAR





Bu yazı ( 61 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar