12px14px16px18px

Sərnişinlərin icbari fərdi qəza sığortasına nəzarət gücləndiriləcək

12:04 / 07.04.2012
“İcbari sığortalar haqqında” Qanununun tətbiqi ilə bağlı Prezident İlham Əliyevin fərmanının tələblərinə uyğun olaraq, avtomobil nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə icbari qaydada sığortalanmanın təmin edilməsinə nəzarəti həyata keçirmək səlahiyyəti Nəqliyyat Nazirliyinə həvalə edilib. Nazirlikdən verilən məlumata görə, nəqliyyat naziri Ziya Məmmədov sərnişinlərin təhlükəsizliyinin etibarlı mühafizəsinin təmin edilməsi və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinin məsuliyyətinin daha da gücləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə əmr imzalayıb. Əmrə əsasən icbari sığorta qanunvericiliyinə əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması halları aşkar edilərsə, İnzibati Xətalar Məcəlləsinin müvafiq müddəaları ilə nəzərdə tutulmuş qaydada işlərə baxılması təmin edilməli, avtomobil nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxslər tərəfindən sərnişinlərin icbari fərdi qəza sığortalanmasına riayət olunmasına nəzarət daha da gücləndirilməlidir. Həmçinin əmrdə Nəqliyyat Nazirliyinin aidiyyəti qurumlarına bu barədə müvafiq göstərişlər öz əksini tapıb.
BƏXTİYAR




Bu yazı ( 39 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar