12px14px16px18px

ARDNŞ-nin İnsan Resursları Departamentində seminar-müşavirə

11:57 / 07.04.2012
ARDNŞ-də işə qəbul prosesinin daha səmərəli və operativ həyata keçirilməsi istiqamətində vakansiyaların idarə edilməsi üzrə yeni təkliflərin müzakirə olunması məqsədi ilə İnsan Resursları Departamentində Şirkətin müəssisələrinin kadrlar şöbəsi rəislərinin iştirakı ilə seminar-müşavirə keçirilib. ARDNŞ-dən verilən məlumata görə, tədbirdə departamentin rəis müavini İmadət Ağalarov çıxış edərək bildirib ki, hazırda vakansiyaların yerləşdirilməsi “vakansiyaların idarəolunması təqvimi”nə əsasən aparılır. Qarşıdakı mərhələdə isə vakansiyaların idarə olunması daha təkmilləşdirilmiş mexanizm üzrə həyata keçiriləcək.
Departamentin işə qəbul və yerləşdirmə şöbəsinin rəisi Teymur Mahmudov təkliflər haqqında geniş məlumat verib, məsələ ətrafında diskussiya və fikir mübadiləsi aparılıb. İclasda vakansiyalar üzrə təyin olunmuş dərəcə diapazonlarının müsabiqə zamanı namizədlərin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən edilməsi, ARDNŞ-nin ödənişli yay təcrübəsində uğurla iştirak etmiş namizədlərin yerləşdirilməsi, elan olunacaq vakansiyaların tələblərinin birbaşa sahə üzrə cavabdeh şəxslərlə razılaşdırılması, Şirkətin kadr ehtiyat bazasından göndərilmiş namizədlərin işə qəbul olunma prosedurları, habelə ARDNŞ-də işə yeni qəbul olunmuş əməkdaşlar arasında keçirilən sorğunun nəticələri müzakirə edilib.
BƏXTİYAR



Bu yazı ( 40 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar