12px14px16px18px

Su təchizatının idarə olunmasında yeni sistem

12:18 / 06.04.2012
“Azərsu” Açıq Səhmdar Cəmiyyətində (ASC) Coğrafi İnformasiya Sisteminin (CİS) yaradılmasına başlanılıb. ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “AzərsuCİS” adlanan layihə çərçivəsində lazımi texniki avadanlıqlar alınıb və yeni yaradılan Coğrafi İnformasiya və SCADA Sistemləri şöbəsinə mütəxəssislər cəlb edilib. Hazırda lazımi xəritə məlumatlarının və digər informasiyaların yüklənməsi həyata keçirilir. Sistemin idarəolunması üçün təlim-tədris işlərinə də başlanılıb. Bu məqsədlə keçirilən treninqlərdə sistemin yaradılması və idarə olunması ilə bağlı məsələlər ətraflı izah olunur. Gələn həftə layihə çərçivəsində istifadə olunacaq Bentley Microstation V8i proqramının da tədrisi həyata keçiriləcək.
CİS-in yaradılması su təchizatı və kanalizasiya sistemlərinin idarə olunması prosesini asanlaşdıracaq. Burada bütün yeraltı və yerüstü infrastruktur obyektləri barədə məlumatlar yerləşdirilərək sistemin elektron xəritəsi yaradılacaq. Bu sistemin köməyi ilə layihələndirmə işləri, su təchizatının və kanalizasiya sisteminin mövcud vəziyyəti dəqiq qiymətləndiriləcək. Şəbəkələrində hər hansı qəza halları baş verdikdə bu barədə məlumat sistemdə dərhal qeydiyyata düşəcək. Gələcəkdə abonent bazasının da CİS-ə inteqrasiya edilməsi nəzərdə tutulur. İlkin mərhələdə layihə Bakı şəhərində həyata keçiriləcək, gələcəkdə isə bütün ölkəni əhatə edəcək.
BƏXTİYAR



Bu yazı ( 95 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar