12px14px16px18px

ARDNŞ İngiltərənin təhsil şirkəti ilə müqavilə imzalayıb

12:17 / 06.04.2012
Dünən Dövlət Neft Şirkəti tərəfindən təsis edilmiş Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi ilə İngiltərənin tanınmış “Gabbitas” Məsləhətçi Təhsil şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib. Tədbirdə “Gabbitas” Məsləhətçi Təhsil şirkətinin fəaliyyəti haqqında məlumat verilib. Qeyd olunub ki, tərəflər arasında imzalanan “Beynəlxalq məktəbin yaradılmasına dair təhsil məsləhəti müqaviləsi”ndə göstəriləcək məsləhət xidmətlərinə dair başlıca şərtlər öz əksini tapıb. Sonra ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin İdarə Heyətinin sədri Xalik Məmmədov və “Gabbitas” Məsləhətçi Təhsil şirkətinin baş direktoru İen Hant müqaviləni imzalayıblar.
Tədbirdə ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov, Bakı Müasir İstedadlar Məktəbinin direktoru Qrem Polok və digər məsul şəxslər iştirak edib.
BƏXTİYAR





Bu yazı ( 96 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar