12px14px16px18px

Peter Matjasic GTMŞ-ın baş katibi ilə görüşüb

12:15 / 06.04.2012
Avropa Gənclər Forumunun prezidenti Peter Matjasiclə Gənclər Təşkilatları Milli Şurası (GTMŞ) katibliyi və üzv təşkilatlarının görüşü keçirilib. Görüşdə GTMŞ-ın baş katibi Orxan Ərəbov, Milli Şuranın beynəlxalq əlaqələr üzrə katibi Nail Abdulov və başqaları iştirak ediblər. İkitərəfli müzakirələr zamanı bir sıra perspektivlər, yeni layihələrdən danışılıb. Görüş zamanı Peter Matjasic bildirib ki, Avropa Gənclər Forumu Azərbaycanda olan gənclər təşkilatları ilə yeni-yeni əlaqələr qurmaqda maraqlıdır. GTMŞ-ın baş katibi Orxan Ərəbov isə öz növbəsində gələcək layihələrdə müxtəlif gənclər təşkilatlarının cəlb edilməsi, qarşılıqlı tədbirlərin təşkili ətrafında danışıb. Qeyd edək ki, Avropa Gənclər Forumu Avropada mövcud ən böyük gənclər təşkilatlarını öz ətrafında birləşdirir. GTMŞ Azərbaycandan bu təşkilatın yeganə və tam hüquqlu üzvüdür.
BƏXTİYAR



Bu yazı ( 78 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar