12px14px16px18px

Vergilər Nazirliyində Avropa Şurası nümayəndələri ilə görüş keçirilib

13:51 / 05.04.2012
Vergilər Nazirliyində Avropa Şurası Yerli və Regional hakimiyyətlər konqresinin nümayəndə heyəti ilə görüş keçirilib. Nazirlikdən verilən məlumata görə, vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov qonaqları qəbul edib. O, çıxışı zamanı Azərbaycanla Avropa Şurası arasında parlamentlər, müxtəlif dövlət qurumları və qeyri-hökumət təşkilatları arasında fəal əməkdaşlığın mövcud olduğunu və Vergilər Nazirliyinin də bu prosesdə yaxından iştirak etdiyini vurğulayıb. N.Əmirov vergi inzibatçılığının təkmilləşdirilməsi və elektron hökumət quruculuğu istiqamətində Vergilər Nazirliyinin gördüyü işlərə toxunaraq Azərbaycanın Avropa ölkələrinin qabaqcıl təcrübəsinin öyrənilməsinə xüsusi diqqət yetirdiyini diqqətə çatdırıb.
Avropa Şurasının yerli demokratiya məsələləri üzrə məruzəçisi Jos Viennen Azərbaycana səfərin məqsədinin Avropa Xartiyasından və Konqresin Azərbaycan hökumətinə ünvanladığı tövsiyələrdən irəli gələn öhdəliklərin icrası səviyyəsinin monitorinqindən, həmçinin son illərdə yerli özünüidarənin inkişafı sahəsində ölkədə baş verən dəyişikliklərlə tanışlıqdan ibarət olduğunu bildirib.
Sonra Azərbaycanda bələdiyyə qanunvericiliyi, bələdiyyələrin maliyyə müstəqilliyi və gəlirlərinin əsasları, yerli vergilərin toplanması mexanizmləri, bələdiyyə vergiləri və uçot, bələdiyyələrin idarəetmə sahəsindəki xüsusiyyətləri, Naxçıvan Muxtar Respublikasında yerli özünüidarələrlə həyata keçirilən pilot layihələr və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə Vergilər Nazirliyinin əməkdaşları, Avropa Şurası Yerli və Regional hakimiyyətlər konqresinin Monitorinq komitəsinin katibi Stefani Piorel, regional demokratiya məsələləri üzrə məruzəçi Gurdun Mosler-Tornstorm, konqresin məsləhətçisi Zoltann Szente iştirak edib.
BƏXTİYAR




Bu yazı ( 91 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar