12px14px16px18px

2519 vergi pozuntusu aşkarlanıb

01:16 / 05.04.2012
2012-ci ilin mart ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərin aşkarlanması, valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi və başqa operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 2519 vergi ödəyicisində qanunvericiliyin pozulması faktı aşkar edilib. Verigilər Nazirliyindən verilən məlumata görə, 1188 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 323 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu və valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satıldığı və ya dəyişdirildiyi, 157 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 551 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri lisenziya almadan məşğul olduğu müəyyən edilib.
Operativ nəzarət tədbirləri zamanı 224 vergi ödəyicisi tərəfindən 454 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 204 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 56 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 695 ədəd mal olduğu aşkarlanıb. Yuxarıda qeyd olunan faktlarla bağlı qanunamüvafiq tədbirlər həyata keçirilib.
BƏXTİYAR



Bu yazı ( 115 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar