12px14px16px18px

Binəqədi rayonunun magistral su xətti dəyişdirilir

01:16 / 05.04.2012
Binəqədi rayonunun 7-ci və 8-ci mikrorayonlarını içməli su ilə təmin edən magistral su xəttinin bir hissəsinin dəyişdirilməsinə başlanılıb. “Azərsu” Acıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, Binəqədi Mərkəzi Nasosxanasından Z.Bünyadov küçəsinə qədər 4 kilometr uzunluğunda metal borulardan ibarət olan magistral su kəmərinin Ə.Rəcəbli küçəsindən keçən 700 metrlik hissəsi korroziyaya uğradığından vaxtaşırı su itkiləri yaranırdı. Hazırda həmin metal borular polietilen borularla əvəzlənir. Bununla paralel olaraq həmin ərazidə yaşayış massivlərini içməli su ilə təmin etmək məqsədi ilə 300 mm diametrlik polietilen borularla 500 metr uzunluğunda köməkçi magistral kəmər də çəkilir. Tədbirlər planına uyğun olaraq tikinti-quraşdırma işlərinin yaxın günlərdə başa çatdırılması nəzərdə tutulur. Bununla da 7-ci və 8-ci mikrorayonların, Dərnəgül yaşayış massivinin, həmçinin Nərimanov rayonunun bir hissəsinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq və su itkilərinin qarşısı alınacaq.
BƏXTİYAR





Bu yazı ( 73 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar