12px14px16px18px

Vergilər Nazirliyi vergidən yayınma faktları ilə bağlı cinayət işi açıb

07:36 / 04.04.2012
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən 2012-ci ilin mart ayında 15 cinayət işi başlanıb ki, onlardan da 8-i külli miqdarda vergini dövlət büdcəsinə ödəməkdən yayınmış sahibkarlar barəsində olub. Vergilər Nazirliyindən verilən məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, “Azərbərpa-1” MMC 347 487,99 manat, “Rubin-TTİ” 181 28,35 manat, “Yeni sabah” MMC isə 4 119 588,22 manat məbləğində vəsaiti vergi orqanlarına təqdim edilən hesabatlara bilərəkdən təhrif olunmuş məlumatlar daxil etməklə dövlət büdcəsinə ödəməkdən yayındırıblar. Külli miqdar təşkil edən bu cür vergidən yayınma faktları vergi orqanları tərəfindən “Yeni sabah” MMC-də 2007-ci ilin oktyabr ayı üzrə aparılmış kameral vergi yoxlaması, “Azərbərpa-1” MMC, “Rubin-TTİ”-də 2010-cu il üzrə aparılan növbədənkənar səyyar vergi yoxlamaları zamanı aşkara çıxarılıb. Sözügedən müəssisələr əsasən əlavə dəyər vergisi, mənfəət vergisi və ödəmə mənbəyindən tutulan vergiləri büdcədən yayındırıblar. Departament tərəfindən aparılmış digər araşdırmalarla “M Aqrarsənaye”, “Falko-Fa”, “Paradif”, “Caspian Dome” və “Pronto” LTD” MMC-də də külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması faktları aşkar edilib. Hazırda təqsirli şəxslərin müəyyən olunması ilə bağlı tədbirlər həyata keçirilir. Araşdırma zamanı vergidən yayınma faktları toplanmış materiallarla təsdiq edildiyi üçün onlardan hər biri üzrə departamentdə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi (külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması) ilə müvafiq cinayət işi başlanıb. BƏXTİYAR


Bu yazı ( 116 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar