12px14px16px18px

Xaçmaz meşələrində yanğının qarşısı alınıb

07:32 / 04.04.2012
Yalama Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Xaçmaz meşəbəyliyinin 2, 5 və 7 saylı meşə dolaylarında yanğın hadisəsi baş verib. ETSN-nin mətbuat xidmətindən verilən məlumata görə, yanğının baş verməsinə səbəb sakinlərin şəxsi pay torpaqlarında meyvə ağaclarının qurumuş budaqlarını yandırması olub. Küləkli hava şəraiti olduğundan yanğın Yalama Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Xaçmaz meşəbəyliyinin 2, 5 və 7 saylı dolaylarına keçib və meşə fonduna məxsus, ümumilikdə 1 hektar ərazidəki qurumuş budaqlar, quru ot örtüyü və kollar yanıb. Yanğın nəticəsində meşə fonduna ciddi ziyan dəyməyib. Yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin yerli qurumları və Xaçmaz rayon İcra Hakimiyyəti işçilərinin, eyni zamanda yerli əhalinin birgə səyləri nəticəsində tam söndürülüb. Nazirlik meşə və yaşıllıqlarımızı qoruyub saxlamaq üçün əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və Azərbaycan xalqının milli sərvəti olan meşə və yaşıllıqları qorumağa çağırır. BƏXTİYAR


Bu yazı ( 108 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar