12px14px16px18px

ARDNŞ genişmiqyaslı ağacəkmə kampaniyası keçirib

00:57 / 03.04.2012
ARDNŞ rəhbərliyinin iştirakı ilə şirkətin bütün idarə və müəssisələrində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. ARDNŞ-dən verilən məlumata görə, “Azneft” İB-nin tərkibində fəaliyyət göstərən neft və qazçıxarma idarələrinin, “Azəriqaz” İB-nin Bakı şəhərindəki, həmçinin regionlardakı qaz istismar və magistral qaz kəmərləri sahələrinin, qazpaylayıcı stansiyaların, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun, “Azərneftyağ” Neft Emalı Zavodunun, Neft Kəmərləri İdarəsinin kollektivləri aksiyada iştirak edib. Aksiya zamanı Geofizika və Geologiya, İnformasiya Texnologiyaları və Rabitə, Sosial İnkişaf, Ekologiya İdarələri, “Neftqazelmitədqiqatlayihə” İnstitutu, Kompleks Qazma İşləri Tresti, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu, Qaz Emalı Zavodu, Təlim, Tədris Mərkəzi və Şirkətin digər istehsalat kollektivləri öz ərazilərində ekoloji tədbirlər həyata keçiriblər.
Kampaniyada iştirak edən ARDNŞ prezidenti Rövnəq Abdullayev müxtəlif idarə və müəssisələrin çalışdığı sahələrdə olub, ekoloji vəziyyətlə maraqlanıb və ağaclar əkib. R.Abdullayev həmçinin neftlə çirklənmədən təmizlənmiş Bibiheybət mədən ərazisində, eləcə də Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun və Qaz Emalı Zavodunun kollektivlərinin Qaradağ rayonu ərazisindən keçən Salyan şossesinin kənarlarında keçirdikləri yaşıllaşdırma və abadlaşdırma işləri ilə də tanış olub.
ARDNŞ prezidenti jurnalistlərə açıqlamasında bildirib ki, Şirkətin 20 minə yaxın əməkdaşının qatıldığı bu iməcilikdə ümumilikdə 20 mindən artıq ağac və gül kolu əkilib, böyük abadlıq işləri aparılıb. Onun sözlərinə görə, əkilən ağaclar arasında ərazinin təbii xüsusiyyətlərinə uyğun olan bitkilərə-küknar, şam, sərv, şümşad, evkalipd, zeytun, eldar şamı, meyvə ağaclarına, eləcə də qızılgül və dekorativ gül kollarına üstünlük verilib.
Ölkədə ekoloji durumun yaxşılaşdırılması istiqamətində aparılan işlərdən məmluğunu ifadə edən R.Abdullayev neft-qaz hasilatı və emalı prosesində ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində qarşıya çıxan problemlərin həlli məqsədilə görülən mühüm işlərin davamlı olacağını vurğulayıb.
Daha sonra ARDNŞ prezidenti Rövnəq Abdullayev tikintisi davam etdirilən gəmiqayırma zavodunun ərazisinə baş çəkərək, burada görülən işlərlə tanış olub. Zavodun tikinti meydançasında aparılan işlər haqqında Şirkət prezidentinə ətraflı məlumat verilib. Qeyd olunub ki, zavodun inşaat işləri qrafikə uyğun şəkildə sürətlə davam etdirilir və tikintinin nəzərdə tutulduğu vaxtda başa çatdırılacağı gözlənilir.
BƏXTİYAR



Bu yazı ( 111 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar