12px14px16px18px

Bakıda FAO-nun Avropa üzrə 28-ci regional konfransı keçiriləcək

13:00 / 31.03.2012
17-20 aprel tarixində Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 28-ci Regional Konfransı və Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyası keçiriləcək. Konfrans həftəsi çərçivəsində 16 aprel tarixdə Avropa Qeyri-Hökumət Təşkilatları–Vətəndaş Cəmiyyətləri Məsləhətləşmə tədbiri təşkil ediləcək.
Avropa üzrə 28-ci Regional Konfransa Kənd Təsərrüfatı Nazirliyi ev sahibliyi edəcək.
Tədbirdə FAO-nun Avropa və Mərkəzi Asiya Regionuna daxil olan 53 üzv ölkəsinin, Avropa Komissiyası kimi üzv təşkilatının yüksək səviyyəli rəsmilərinin iştirakı gözlənilir. Bununla yanaşı, BMT-nin digər təşkilatları, bir sıra hökumətlərarası və beynəlxalq QHT-ləri konfransda müşahidəçi qismində iştiraka dəvət olunub.
Kənd təsərrüfatı üzrə Avropa Komissiyası Avropa üzrə regional konfransa hazırlıq tədbiridir. 17-18 aprel tarixində keçiriləcək Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci Sessiyanın gündəliyinə Təşkilatın Avropa və Mərkəzi Asiya regionu üçün 2012-2013-cü illər üzrə iş proqramı və büdcəsinin müzakirəsi, həmçinin torpaq və gender bərabərliyi məsələləri üzrə debatların aparılması daxil edilib.
Aprelin 19 və 20-də keçiriləcək regional konfransın əsas məqsədi 2012-2013-cü illər üzrə FAO-nun region üzrə iş proqramının və büdcəsinin təsdiq edilməsi, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahələrinin inkişaf etdirilməsi sahəsində 2014-2015-ci illər üzrə region üçün prioritetləri müəyyənləşdirməkdən ibarətdir.
Regional konfrans çərçivəsində “Regionda ərzaq təhlükəsizliyi üzrə siyasətlər, bu sahədə perspektivlər və çətinliklər – 2050-ci ildə ərzağın vəziyyəti” mövzusunda nazirlərin iştirakı ilə dəyirmi masa keçiriləcək. Görüş üzv ölkələrə təqdim ediləcək 2050-ci ilə qədər olan dövr üçün gözləntilər və hesablamalar üzrə hazırlanmış konsepsiya sənədi ətrafında debatların aparılmasına, regional və qlobal ərzaq təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş xüsusi qisa və uzunmüddətli tövsiyələrin hazırlanmasına, siyasi fəaliyyətlər və institusional islahatlar ətrafında müzakirələrin aparılmasına imkan yaradacaq.
Qeyd edək ki, həmçinin konfrans çərçivəsində regionun üzv ölkələrindən olan nümayəndə heyətləri və müşahidəçilər arasında fikir mübadiləsi və müzakirələr platformasını təmin edəcək bir sıra paralel tədbirlərin və kiçik sərgilərin təşkil edilməsi planlaşdırılıb.
BƏXTİYAR




Bu yazı ( 162 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar