12px14px16px18px

Tlexuray Adam Ayuboviç: “Bu il əsas məqsədimiz daxili bazarda öz yerimizi daha da möhkəmləndirməkdir”

12:28 / 31.03.2012
– Cənab direktor, bu günləri elan etdiniz ki, Xırdalan brendini yeniləmisiniz. Dəyişikliklər nələrdə özünü göstərib?
– Dəyişikliklər bir çox şeylərdə olub, istər butılkanın dizaynında, istərsədə loqosunda. Mövqeləndirmə apararkən biz hədəf qrupunu, yaş periodlarını və digər xırdalıqlarıda nəzərə aldıq. Butılka qablaşdırılması təmamilə dəyişikliyə uğrayıb. Formaca daha müasirləşib. Loqo özündə daha dinamik təsir bağışlayır. Loqonun kənarlarına od kimi bəzənib. Loqoya dəyişiklik etdiyimiz zaman Azərbaycanın odlar yurdu oluğunu nəzərə aldıq. Butılkanın üzərində olan kağızda belə dəyişikliyə məruz qalıb. Yerli bazarı analiz edərkən bir gördük ki, Azərbaycanda pivədən 25-35 yaş arası insanlar daha çox istifadə edir və o da sırf yaxşı, əyləncəli vaxt keçirmək üçün. Buna görə inanıram ki, yenilənmiş Xırdalan hamının ürəyincə olacaq.
– Bilirik ki, “Baltika – Bakı” “Avroviziya 2012” beynəlxalq mahnı müsabiqəsinin rəsmi tərəfdaşıdır. Bununla bağlı şirkətiniz hansı sürprizlər hazırlayıb?
– Bəli biz bu Azərbaycanda keçiriləcək “Avroviziya 2012” beynəlxalq mahnı müsabiqəsinin rəsmi tərəfdaşıyıq və bununla qürur hissi duyuruq. Təbii ki, belə bir əlamətdar hadisə üçün bir aksiyaya başlamışıq. Aksiya müsabiqənin finalına – 26 may 2012-ci il tarixinədək davam edəcəkdir. Biletlər və digər qiymətli mükafatlar uğrunda yarışmada iştirak etmək üçün 1,5 litrlik, 0,5 litrlik şüşələrdə Xırdalan Draft və ya Xırdalan pivəsini almaq və qapağın altına baxmaq lazımdır. Üzərində “Eurovision” yazısı olan işarə biletin udulduğunu göstərir, 6 rəqəmli kod və 50 qəpik və ya 1 manat yazısı isə mobil telefon balansını bu məbləğlərdə artırmağa imkan verir. Qeyd edim ki, Avroviziyaya hədiyyə biletlərin sayı 100 ədəddir və ancaq final gecəsi üçün nəzərdə tutulub.
– Ötən illər ilə müqayisədə Xırdalan pivəsinin və ümumilikdə brendinin inkişafında fərq var?
– Bəli illərlə ilə müqayisədə fərq var və yaxşılığa doğru. Bu inkişaf, satış artımı özünü rəqəmlərdə göstərməsədə biz görürük ki, Xırdalan brendi inkişaf edir və bazarda öz yerini möhkəmlədir. Bu gün Xırdalan pivə bazarında ən çox satılan və aparıcı pivələrdən biridir. Yeniliklərə baxmayaraq biz pivənin satış qiymətində də dəyişiklliklər etməmişik. Buna baxmayaraq bu il satışda da artım olacağı indidən proqnoz vermək olar. İlk növbədə qarşıdan Avroviziya mahnı müsabiqəsi gəlir, bu isə ilk növbədə xaricdən xeyli turist kütləsi gətirəcək, avropalılar isə azərbaycanlılardan qat-qat çox pivə istehlakçılarıdır. Bundan başqa bu il Euro 2012 – futbol üzrə Avropa Çempionatı keçiriləcək. Kişilər isə pivə ilə futbola baxmağın başqa ləzzəti olduğu çox yaxşı bilirlər.



Bu yazı ( 163 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar