12px14px16px18px

Səngəçal stansiyası elektrik enenjisinin istehsalını artırıb

08:28 / 29.03.2012
Fevral ayı ərzində Səngəçal elektrik stansiyası proqnozlaşdırılan 467 min kilovat-saata qarşı 129 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edib. “Azərenerji” SC-dən verilən məlumata görə, 2011-ci il ərzində elektrik stansiyasında 1245,2 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da proqnozlaşdırılandan 2,1 milyon kilovat-saat çoxdur. Bu ilin yanvar-fevral ayı ərzində stansiyada 249,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib: “Stansiyada işlər müasir tələblərə cavab verir. Hazırda fəaliyyətdə olan aqreqatlar işlək vəziyyətdədir. Stansiyada istismar edilən aqreqatların işləmə rejiminə uyğun olaraq, hər maşının 500 saatlıq iş müddəti başa çatdıqdan sonra onlara texniki baxış keçirilir. Bu zaman istismar dövründə meydana çıxan qüsurlar operativ şəkildə aradan qaldırılır və bir daha təkrar baxışdan sonra yenidən istismara buraxılır”.
İlin əvvəlindən həm aqreqatlarda, həm də yardımçı avadanlıqlarda təmir işləri həyata keçirilib. Digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar müntəzəm olaraq stansiyanın və yarımstansiyanın ərazisi quru otlardan təmizlənib, ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilib. Eyni zamanda qrafikə uyğun olaraq yanğın texniki-minimum və əks qəza məşqləri də aparılıb. Xatırladaq ki, ümumi gücü 300 meqavat olan Səngəçal elektrik stansiyası 18 aqreqatdan ibarətdir. Bu stansiyanın digər stansiyalardan fərqi ondadır ki, burada əsas yanacaq kimi qaz və mazutdan, keçid proseslərində isə dizel yanacağından istifadə edilir.
BƏXTİYAR




Bu yazı ( 116 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar