12px14px16px18px

ARDNŞ-in Ekoloji Strategiyasının Böyük Britaniya Krallığı Lordlar Palatasında təqdimatı keçirilib

08:28 / 29.03.2012
Martın 27-də Böyük Britaniya Krallığının Lordlar Palatasının üzvü Şeyx Mühammədin rəsmi dəvəti ilə Palatada təşkil olunan mərasimdə ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə “ARDNŞ-nin Ekoloji Strategiyası” mövzusunda təqdimat keçirib. R.Hüseynzadə mərasim iştirakçılarına Azərbaycanın zəngin neft tarixi, Dövlət Neft Şirkəti və ölkəmizin neft sənayesi barədə ətraflı məlumat verib. Ətraf mühitin mühafizəsi sahəsində görülən işlər və əldə olunan nailiyyətlər üzərində xüsusi dayanan R.Hüseynzadə ARDNŞ-in Ekoloji Siyasət sənədinin, habelə “İstixana effekti yaradan qazların havaya buraxılmasının azaldılması üzrə”, “İqlim dəyişmələrinin mənfi nəticələrinin azaldılması üzrə” Strategiyalarının qəbul olunduğunu qeyd edərək, bu sənədlərin başlıca məqsədlərindən danışıb. O, şirkət tərəfindən səmt qazlarının utilizasiyası, çirklənmiş torpaqların və lay sularının təmizlənməsi sahəsində də ciddi işlər görüldüyünü bildirib. Vitse-prezident ekoloji maarifləndirmə sahəsində aparılan müsbət tədbirlərin nümunəsi olaraq ARDNŞ tərəfindən yaradılan və ən müasir texnologiyalardan istifadə edilən Ekoloji Park barədə də məlumat verib. Təqdimat mərasimində Böyük Britaniya Krallığının Lordlar Palatasının üzvlərindən lord Qurban, lord Newby, lord Patel, lord Kilcooney, lord Rogan, lord Popat, habelə tədbirin təşəbbüskarı lord Şeyx Mühəmməd və xanımı, hökumət nümayəndələri və 10-dan artıq ölkənin Britaniyada akkreditə olunmuş səfirləri, eləcə də ekologiya üzrə beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdə qonaqlara ARDNŞ-nin fəaliyyəti və ekoloji siyasətinə həsr olunan film, slaydlar və banerlər təqdim olunub. Həmçinin iştirakçılara Azərbaycandan bəhs edən kitab və ekoloji broşur hədiyyə edilib.
BƏXTİYAR




Bu yazı ( 112 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar