12px14px16px18px

Xaricdən gətirilən cins heyvanların sayı 6 minə çatdırılacaq

08:23 / 29.03.2012
“Aqrolizinq” ASC” tərəfindən 2009-2011-ci illər ərzində ayrılmış 11 mln. manat vəsaitə Almaniya və Avstriyadan 3270 baş südlük istiqamətdə cins damazlıq heyvanlar alınıb. Kənd Təsərrüfatı Nazirliyindən “525”ə verilən məlumata görə, ondan 170 baş damazlıq heyvan və 300 min manat vəsait Naxçıvan Muxtar Respublikasına verilib. 2009-2011-ci illərdə alınmış cins damazlıq heyvanların baş sayı artaraq hazırda 5000 başa çatdırılıb və bu rəqəmin may ayının sonuna kimi 6000 başa çatdırılması gözlənilir.
Nazirlikdən bildirilib ki, 2012-ci ildə Prezidentin Ehtiyat Fondundan ayrılmış 10 mln. manat vəsaitdən 600 min manat Naxçıvan MR üçün nəzərdə tutulub. Qalan 9,4 mln. manat vəsait hesabına martın 15-də tender keçirilib və həmin vəsaitə bu ilin sonuna kimi Almaniya və Avstriyadan daha 3000 baş damazlıq heyvanların alınması gözlənilir”.
BƏXTİYAR




Bu yazı ( 71 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar