12px14px16px18px

Elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısı alınıb

10:14 / 28.03.2012
İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir. Bu da öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır. “Azərenerji” ASC-nin mətbuat xidmətinin məlumatına görə, Şirvan elektrik şəbəkəsi fevral ayında müəssisənin xidməti ərazisində keçirilən reydlər zamanı 2 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək, 10,9 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 650 manatdan artıq istehlak dəyəri bərpa edilib. Bu ilin iki ayı ərzində müəssisə üzrə 7 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilib. Aşkar edilən qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 31,2 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 1,9 min manata yaxın istehlak dəyəri bərpa edilib.
Astarada aparılan reydlər zamanı isə 11 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilib. Aşkar edilən pozuntu halları müvafiq qaydada aktlaşdırılıb və 26,5 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 1,6 min manata yaxın istehlak dəyəri bərpa edilib.
Qeyd edək ki, yanvar-fevral ayı ərzində keçirilən reydlər zamanı 23 qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlaşdırılıb. Nəticədə 84,3 min kilovatsaat itirilmiş elektrik enerjisinin 5,1 min manata yaxın istehlak dəyəri bərpa edilib.
BƏXTİYAR




Bu yazı ( 90 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar