12px14px16px18px

Azərbaycanda ilk dəfə mobil biznes mövzusunda konfrans keçiriləcək

10:14 / 28.03.2012
Aprelin 6-da Bakıda ilk dəfə olaraq mobil biznes mövzusunda konfrans keçiriləcək. Tədbir Azərbaycanın ilk mobil biznes portalı olan “mobiz.az”ın təşkilatçılığı ilə reallaşacaq.
“Azərbaycanda mobil biznes imkanları” adlı konfrans ölkədə mobil texnologiyalara keçid prosesinin daha sürətli və sistematik bir məcraya yönəlməsinə böyük imkanlar yaradacaq. Belə ki, konfransda nəinki Azərbaycanda fəaliyyət göstərən şirkət və qurumların təmsilçiləri, eyni zamanda Gürcüstan, Türkiyə və digər ölkələrdən olan nümayəndələrin də iştirakı gözlənilir.
Təşkilat komitəsindən verilən məlumata əsasən, tədbirdə “Nokia”, “Microsoft”, “Beeline”, “Azerfon”, “Azercell”, “Timwe”, “General Mobile”, “Apple” kimi nüfuzlu şirkətlərin nümayəndələri ekspert qismində çıxış edəcək.
İlkin məlumatlara görə, tədbirə mobil texnologiya sahəsinə aid özəl qurum təmsilçiləri ilə yanaşı, müxtəlif QHT nümayəndələri də qatılacaq.
BƏXTİYAR




Bu yazı ( 92 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar