12px14px16px18px

Bayram günlərində rabitə xidmətləri fasiləsiz işləyəcək

14:40 / 20.03.2012
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) Novruz bayramı günlərində əhalinin rabitə xidmətləri və radio-televiziya yayımı ilə yüksək səviyyədə təmin edilməsinə dair tabeçilikdə olan rabitə birlik və müəssisələrinə müvafiq tapşırıqlar verib. RİTN-dən verilən məlumata görə, bayram günlərində məsul növbətçilik təşkil edilməklə telekommunikasiya və internet xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, telefonların kabel və xətt zədələnmələrinin tam aradan qaldırılması, internetə çıxış sürətinin tələbata uyğun təmin olunması, poçt şöbələrinin iş rejiminin tənzimlənməsinə dair tənzimləyici qrafikin yerinə yetirilməsi, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi, yanğın təhlükəsizlik texnikası qaydalarına ciddi əməl edilməsi üzrə müvafiq tədbirlər görüləcək. Bunlarla yanaşı, bayram günlərində abunəçilərin ev telefonlarının daimi işini təmin etmək məqsədilə telefonların rabitə xidmətləri borclarına və digər səbəblərə görə şəbəkədən ayrılması, daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq operativ tədbir görülməsi nəzərdə tutulur. Qeyd edək ki, abunəçilərin rahatlığı və bayram ovqatının yüksəldilməsi üçün bir sıra əlavə tədbirlər də həyata keçiriləcək. BƏXTİYAR


Bu yazı ( 381 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar