12px14px16px18px

Sumqayıtətrafı ərazilərdə yaşayan əhaliyə səyyar tibbi xidmət göstərilib

14:39 / 20.03.2012
Son aylarda Sumqayıt şəhər Səhiyyə şöbəsi əhaliyə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi ilə bağlı müəyyən edilmiş işlər həyata keçirir. Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu məqsədlə şəhərdən kənarda olan məntəqələrdən biri olan Sumqayıt stansiyası ərazisindəki əhaliyə bütün mütəxəssislərin iştirakı ilə səyyar tibbi xidmət təşkil edilib. Burada yaşayan sakinlərin EKQ, Ultrasəs müayinəsi və laborator müayinəsi aparılıb. Sumqayıt stansiyası və Tukzavod ərazilərində hər birində ayrılıqda tibb məntəqələri açılıb. Bundan əlavə 2 saylı şəhər poliklinikasının nəzdində şəhərin bütün əhalisinə xidmət göstərəcək mərkəzi laboratoriyanın açılmasına hazırlıq işləri görülür. Mart ayının 17-də Uşaq xəstəxanasında uzaq yaşayış məntəqələrində yaşayan və çoxuşaqlı ailələrdən olan uşaqlara humanitar ritual sünnət əməliyyatının aparılmasının təşkili də bu tədbirlərdən biridir. Uşaq xəstəxanasında təcrübəli cərrahlardan və orta tibb işçilərindən ibarət briqadalar tərəfindən 76 uşaq ritual sünnət əməliyyatı olunub. Əməliyyat vaxtı və ondan sonrakı dövrdə heç bir fəsad müşahidə edilməyib. Qeyd edək ki, əməliyyat olunan uşaqlara hədiyyələr verilib. BƏXTİYAR


Bu yazı ( 387 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar