12px14px16px18px

İçməli suyu dezinfeksiya edən yeni maddənin təqdimatı keçirilib

14:39 / 20.03.2012
 
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti əhaliyə verilən içməli suyun keyfiyyətinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. “Azərsu” ASC-dən verilən məlumata görə, bu məqsədlə ən müasir texnologiyalar və xarici ölkələrin qabaqcıl təcrübələri öyrənilir. Rusiyanın Yekaterinburq şəhərindəki Ural Elmi-Tədqiqat Kimya İnstitutu və Təcrübə zavodunun mütəxəssisləri “Azərsu” ASC-də olub, suyun zərərsizləşdirilməsi üçün təklif olunan yeni dezinfektantın təqdimatını keçiriblər. Təqdimat zamanı qeyd edilib ki, “DX-100” emal qurğusunda alınan xlor-dioksid və xlor adlı yeni maddə maye xloru əvəz etməklə yanaşı, yüksək effektliliyə malikdir. Bu maddə maye xlorla müqayisədə 6-20 dəfə az qatılıqla istifadə olunur. Yüksək dezinfeksiya qabiliyyəti olan xlor-dioksid və xlor maddəsi virus və bakteriyalara güclü təsir edir. Suda xlorüzvlü birləşmələr əmələ gətirməyən bu maddə suyun yad iyini, rəngini götürməklə dadını da yaxşılaşdırır. Eyni zamanda suyun dəmir və manqandan təmizlənmə dərəcəsini artırır. Xlor-dioksid və xlor maddəsi supaylayıcı şəbəkədə təsiretmə gücünü 7-10 gün saxlamaqla suyun təkrar çirklənməsinin qarşısını alır. Üstəlik maye xlordan fərqli olaraq sanitar-mühafizə zolağının yaradılmasına ehtiyac qalmır.
Qeyd edək ki, hazırda əhaliyə verilən içməli su sutəmizləyici qurğular komplekslərində texnoloji təmizləmə prosesindən keçərək emal olunur və istifadəçilərə çatdırılır. 
BƏXTİYAR
 
 



Bu yazı ( 384 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar