12px14px16px18px

Zirədə istixana kompleksi istifadəyə verilib

00:17 / 19.03.2012
Xəzər rayonunun Zirə qəsəbəsində istixana kompleksinin açılışı olub. Açılışda iştirak edən kənd təsərrüfatı naziri İsmət Abasov bildirib ki, bu istixanaların quraşdırılması ölkə başçısı cənab İlham Əliyevin aqrar sahəyə, kənd əməkçilərinə, fermerlərə və iş adamlarına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Onun sözlərinə görə, bu cür istixanalar günün tələblərinə cavab verir: “Prezidentin hökumət qarşısında qoyduğu tapşırığa uyğun olaraq, ümumdaxil məhsul həcminin indiki səviyyəsinin 2023-cü ildə 2 dəfə artırılması nəzərdə tutulub. Belə istixanaların yaradılması respublikamız üçün çox vacibdir. Bunların istifadəyə verilməsi iş adamları üçün çox əlverişli şərait yaradır. Eyni zamanda büdcəmizə daxil olan vəsaitlər də artır. Ümumilikdə, istixanaların istifadəyə verilməsi ərzaq təhlükəsizliyinin təmin olunmasına kömək edəcək, burada istehsal edilən tərəvəz məhsulları xarici ölkələrə də ixrac ediləcəkdir. İndiyədək ölkədə 9 istixana kompleksi istifadəyə verilib və bu işlər davam etdirilir. İ.Abbasov vurğulayıb ki, bu istixanaların tikilməsində müvafiq qaydalara uyğun olaraq ilkin mərhələdə 10 faiz ödənilir. O, məbləğin qalan hissəsinin isə 10 il müddətinə ödənildiyini və heç bir girov tələb olunmadığını diqqətə çatdırıb: “Bu istixanaların özü “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində girov olaraq saxlanılır. Belə olan halda sahibkarlar üçün bu cür istixanaların tikilməsi çox əlverişlidir”. Açılış mərasimində qeyd edilib ki, Zirə qəsəbəsindəki istixana kompleksi müasir standartlara cavab verir. Bu istixananın tikilməsi üçün 3 milyon manatdan çox vəsait xərclənib. Əsasən “Aqrolizinq” ASC-nin xətti ilə bu istixana üçün xaricdən müasir avadanlıqlar alınıb. Sahibkarlığa Kömək Milli Fondu 300 min manat güzəştli kredit verilib. İstixananın yerləşdiyi 2 hektar ərazidən illik 800 ton məhsul istehsal ediləcək və toxumlar Hollandiyadan gətirilib. Daha sonra İ.Abasov istixana kompleksi ilə yaxından tanış olub. BƏXTİYAR


Bu yazı ( 140 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar