12px14px16px18px

Ötən ay sənaye məhsulları 6,3 faiz bahalaşıb

00:16 / 19.03.2012
 Fevral ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 6,3 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi yanvar ayına nisbətən 107,5 faiz təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 7,6 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 0,4 faiz bahalaşıb. Fevralda emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 100,2 faiz təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri tütün məmulatlarının istehsalı üzrə 3,0 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 2,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,5 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 1,3 faiz, qida məhsullarının istehsalı üzrə 0,9 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,7 faiz, elektrik avadanlıqlarının istehsalı, maşın və avadanlıqların istehsalı və ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,1 faiz bahalaşıb. Poliqrafiya fəaliyyəti üzrə 2,9 faiz, mebel istehsalı üzrə 2,7 faiz, metallurgiya sənayesi üzrə 1,1 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə 0,5 faiz, içki istehsalı və kimya sənayesi üzrə 0,2 faiz ucuzlaşma müşahidə edilib. Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi üzrə istehsalçı qiymətləri 0,1 faiz qiymətlər aşağı düşüb. BƏXTİYAR


Bu yazı ( 127 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar