12px14px16px18px

Şamaxı və Ağsu sakinlərinin şikayətləri araşdırılıb

11:49 / 16.03.2012
Vətəndaş müraciətlərinin onların şəxsən iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Şamaxıda həmin rayonun və Ağsunun bir qrup sakinləri ilə görüş keçirib. Nazirlikdən verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədovun iştirakı ilə keçirilən görüşdə vətəndaşların dövlət başçısına, ayrı-ayrı dövlət qurumlarına və eləcə də ƏƏSMN-ə ünvanladıqları şikayət ərizələri araşdırılıb. ƏƏSMN-in uyğun şöbələrinin mütəxəssisləri tərəfindən şikayət ərizələri araşdırılarkən ayrı-ayrı vətəndaşların sosial qanunvericilik barədə məlumatsız olmaları səbəbindən əsassız şikayət ərizələri yazdıqları məlum olub və həmin insanlara qanunvericilik barədə izahatlar verilib.
Bununla yanaşı, şikayət ərizələrinin bir qismində əksini tapan narazılıqların əsaslı olduğu, yerli strukturların bəzi əməkdaşları tərəfindən bir sıra hallarda vətəndaş müraciətlərinə biganə və səhlənkar münasibət göstərildiyi müəyyən edilib. Nazir müavini Natiq Məmmədov vətəndaşların haqlı narazılığına səbəb olan hallara yol verən əməkdaşlar barədə tədbirlər görülməsi, hər bir vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun və ədalətli həlli ilə əlaqədar müvafiq strukturlara göstəriş verib.
BƏXTİYAR



Bu yazı ( 159 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar