12px14px16px18px

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 405,2 mln. manat təşkil edib

01:52 / 15.03.2012
2012-ci ilin yanvar-fevral aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 405,2 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 99,8 mln. manat və ya 32,7 faiz çoxdur. DSMF-dən verilən məlumata görə, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 176,5 mln. manat təşkil edib Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 61,9 faizi və ya 109,2 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 12,0 faiz və ya 11,7 mln. manat artıb, proqnoz isə 106,4 faiz icra olunub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, fiziki şəxslər üzrə daxilolmalar 16,4 faiz artıb. Bu dövrdə büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 67,4 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,5 faiz və ya 9,0 mln. manat artıb. Digər gəlirlər üzrə daxilolmalar 0,4 mln. manat olub. Dövlət büdcəsindən proqnozla nəzərdə tutulan transfer 228,3 mln. manat məbləğində Fondun xəzinə hesabına köçürülüb. Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan yaradıb. Bundan başqa qeyd edilən aylarda DSMF-nin xərcləri 391,6 mln. manat təşkil edib. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 386,3 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 91,9 mln. manat və ya 31,2 faiz çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 32 faiz və ya 92,1 mln. manat artaraq 379,4 mln. manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9 faizlik artım tətbiq olunub. Bu ilin ilk 2 ayı ərzində əhaliyə 6,9 mln. manat məbləğində müavinət ödənilib. Fondun digər xərcləri isə 5,3 mln. manat təşkil edib.
BƏXTİYAR


Bu yazı ( 124 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar