12px14px16px18px

Xeyli məbləğdə valyuta aşkar edilib

01:52 / 14.03.2012
Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsi fevralda, eləcə də mart ayının əvvəllərində xeyli məbləğdə valyuta sərvətlərinin gömrük orqanına bəyan olunmadan respublikadan aparılması cəhdlərinin qarşısını alıb. DGK-nın mətbuat xidmətinin yaydığı məlumata görə, yerli və əcnəbi vətəndaşlar tərəfindən bəyan edilmədən ölkədən çıxarılan ümumilikdə 40300 ABŞ dolları aşkar olunub. Bütün faktlarla bağlı təhqiqat aparılır. DGK ölkənin iqtisadi mənafeyinin və təhlükəsizliyinin qorunması məqsədilə qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı mübarizə istiqamətində məqsədyönlü tədbirləri davam etdirir. Eyni zamanda, gömrük orqanları tərəfindən görülən tədbirlər nəticəsində valyuta qanunvericiliyinin pozulması hallarının qarşısı qətiyyətlə alınır. BƏXTİYAR


Bu yazı ( 135 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar