12px14px16px18px

“Biz işlərimizi “Eurovision-2012”yə görə qurmamışıq”

00:11 / 10.03.2012  
2012-ci ilin aprelində Nəqliyyat Nazirliyi Bakıda avtobuslarda ödəniş prosesini avtomatlaşdırmağı planlaşdırır. Nazirlik katibliyinin müdiri Namiq Həsənov modern.az saytına açıqlamasında bildirib ki, plastik kartların tətbiqi aprel ayında reallaşmayacaq: “İndi dəqiq deyə bilmərəm. Hələki ilin birinci yarısında proqramların izlənmə prosesi gedir. İyun ayına qədər birinci mərhələnin işləri yekunlaşacaq və sonra ikinci mərhələ reallaşacaq. İntellektual sistemin ikinci mərhələsində Bakı şəhərinin coğrafiyası genişlənəcək. Plastik kart və ödəmə kart sisteminə baxmaq lazım olacaq. Hələki indi tezdir”. N.Həsənov bütün işlərin “Eurovision-2012”yə görə aparılmadığını bildirib: “Biz işlərimizi “Eurovision”a görə reallaşdırmırıq. Bizim elə layihələr var ki, bu yarışmadan əvvəl başlayıb və sonra da davam edəcək. Elə layihələrimiz var ki, “Eurovision”dan sonra reallaşdırmaq nəzərdə tutulub. Bütünlüklə layihələrimizi “Eurovision”la uyğunlaşdırmırıq”. Nazirlik rəsmisi “Eurovision”la bağlı işlərin də olduğunu bildirib: “Nazirlik yolların təmiri, rənglənməsi, işarələrin qoyulması işlərini görəcək. Elə layihələr var ki, öz müddəti çərçivəsində yerinə yetiriləcək. Güman edirəm ki, bu ilin sonlarına qədər kart sistemi quraşdırılacaq”. Qeyd edək ki, bu sistemin tətbiqi ilə bağlı artıq Koreya şirkəti ilə Nəqliyyat Nazirliyi arasında razılaşma əldə olunub. Həmin şirkət 2011-ci ildə bu sistemi tam şəkildə tətbiq edəcəyi barədə öhdəlik götürüb. Sonrakı illərdə isə yeni ödəmə sisteminin bölgələrdə də tətbiq edilməsi nəzərdə tutulub.


Bu yazı ( 46 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar