12px14px16px18px

“ABB-Gürcüstan” bankında Audit Komitəsi yaradılıb

01:48 / 03.03.2012  
“Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan” bankı Direktorlar Şurasının tərkibi genişləndirilib və Audit Komitəsi yaradılıb. Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidmətindən “APA”ya verilən məlumata görə, əvvəlki illərin maliyyə göstəricilərini nəzərə alaraq yeni alətləri və xidmətlərin tətbiqini əks etdirən “ABB-Gürcüstan”ın yeni inkişaf strategiyası hazırlanıb. Bankın Müşahidə Şurasının iclasında Audit Komitəsinin sədri Şalva Qoduadze, müavini Fuad Mürşüdli və Komitənin üzvü Vəli Əliyevin tərkibində Audit Komitəsinin yaradılması barədə qərar qəbul edilib. Bundan başqa, baş direktor Samir Vəliyev, şuranın üzvü Nelli Tsuklauri ilə yanaşı Direktorlar Şurasına Əli Haqverdiyev və Şakir Məmmədov daxil ediliblər. Qeyd edək ki, “ABB-Gürcüstan” bankı 2007-ci ildən fəaliyyət göstərir. Bank təsisçiləri rolunda Azərbaycan Beynəlxalq Bankı (75 faiz), “Azərbaycan Sənaye Bankı” (12,5 faiz) və bir fiziki şəxs (12,5 faiz) çıxış edir.


Bu yazı ( 159 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar