12px14px16px18px

Bu il Bakı-Ceyhan boru kəməri üzrə əsaslı xərclər 38% artırılacaq

01:46 / 03.03.2012
Ötən il ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri üzrə əsaslı xərclərin həcmi 40,5 mln. ABŞ dolları təşkil edib. “BP-Azerbaijan” şirkətindən “APA”ya verilən məlumata görə, 2012-ci ildə BTC üzrə əsaslı xərclərin həcmi əvvəlki ilə nisbətən 37,5 faiz artırılaraq 55,7 mln. dollara çatdırılması planlaşdırılır. Şirkətdən bildirilib ki, hazırda BTC-nin gündəlik ötürmə gücü 1,2 mln. bareldir. Kəmər istifadəyə verilən gündən 2011-ci ilin sonunadək BTC vasitəsilə nəql edilmiş təxminən 180 mln. ton xam neft Ceyhanda 1 742 tankerə yüklənilib və dünya bazarlarına göndərilib. Ümumiyyətlə, BTC-nin indiyədək bir gün üçün ən yüksək göstəricisi 1,044 mln. barel olub. Bu günədək BTC vasitəsilə ümumilikdə 1 804 tankerə yüklənmiş təqribən 185 mln. ton neft ixrac olunub. Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur.


Bu yazı ( 161 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar