12px14px16px18px

Avrasiya iqtisadçılarının regional şəbəkəsi yaradılıb

TANINMIŞ İQTİSADÇI VÜQAR BAYRAMOV ÖLKƏMİZİ HƏMİN ŞƏBƏKƏDƏ TƏMSİL EDƏCƏK

01:08 / 27.10.2009

 





     Azərbaycan da daxil olmaqla Mərkəzi və Cənubi-Şərqi Asiya ölkələrinin iqtisadçı ekspertləri Qazaxıstanın Almata şəhərində bir aya gəliblər. Asiya İnkişaf Bankının təşkilatçılığı ilə oktyabrın 21-dən 26-dək davam edən tədbirdə Azərbaycanı İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin Sədri Vüqar Bayramov təmsil edib. Tədbirə regionun ekspertləri ilə yanaşı beynəlxalq təşkilatların və Mərkəzi Asiya dövlətlərinin hökumət nümayəndələri qatılıb.
     Vüqar Bayramov mətbuat üçün açıqlamasında bildirib ki, görüşdə əsas məqsəd regional iqtisadi məsələlər ilə bağlı ekspertlərin fəaliyyətlərinin əlaqələndirilməsidir: “Tədbirdə Harvard, Kembric, Oksford, Nyukasl və başqa aparıcı universitetlərin tanınmış professorları da iştirak edib. Məqsəd regional iqtisadi problemlərin həllində yerli ekspertlərinin rolunun dünyanın aparıcı universitetləri və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsinə nail olmaqdır. Ekspert şəbəkəsi həm təmsil olunduqları ölkələrin, həm də regiondakı iqtisadi problemlərin həllinə yardım edəcək və iqtisadi islahatlara dəstək verəcək. Artıq iqtisadiyyatın 4 istiqaməti üzrə tədqiqatların aparılması və region hökumətləri üçün təkliflər paketinin hazırlanması nəzərdə tutulub”.
     Vüqar Bayramovun sözlərinə görə, 2010-cu ilin əvəllərində region ekspertləri yenidən bir aya gələcəklər: “Aparılan tədqiqatlar aparıcı universitetlərin professorları ilə müzakirə ediləcək və daha sonra konkret təkilflər regionda yerləşən ölkələrin hökumətlərinə təqdim ediləcək. Bu fəaliyyət region ölkələrinin hökumət qurumları ilə razılaşdırılıb. Bu baxımdan şəbəkənin fəaliyyətinin kifayət qədər uğurlu olacağı gözlənilir”.
Ülkər NƏBİYEVA

 




Bu yazı ( 381 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar