12px14px16px18px

Bulvarda 37 yaşlı qadın özünü dənizə atıb

11:27 / 12.03.2012
Martın 11-də Bakı bulvarında intihara cəhd olub. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları 30-35 yaşlı qadının özünü dənizə atması ilə bağlı məlumat veriblər. Dərhal hadisə yerinə polislər və xilasedicilər yollanıb. Boğulmaqda olan qadın sudan çıxarılıb və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.Araşdırmalar nəticəsində məlum olub ki, özünü öldürmək istəyən qadın 1975-ci il təvəllüdlü Nəsirova Təranə Cavid qızıdır. O, bir neçə il əvvəl həyat yoldaşından boşanıb.Faktla əlaqədar araşdırmalar davam etdirilir.



Bu yazı ( 191 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar