12px14px16px18px

Bakının mərkəzi yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

11:21 / 06.03.2012
Gürcüstan prezidentinin Azərbaycana səfəri ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətində məhdudiyyət yaranacaq. Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, Gürcüstan prezidenti Mixail Saakaşvilinin ölkəmizə səfəri ilə əlaqədar qonaqların təhlükəsizliyini təmin etmək məqsədi ilə bu gün 15.00-dan sabah tədbir başa çatanadək fasilələrlə Aeroport şossesi, Heydər Əliyev, Azadlıq prospektləri, 20-ci zavod dairəsi, Yusif Səfərov, Üzeyir Hacıbəyli, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, “Azneft” meydanı, Niyazi, İstiqlaliyyət, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Mikayıl Müşfiq küçəsi və Fəxri Xiyaban, Şəhidlər Xiyabanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətində fasilələrlə məhdudiyyət olacaq.
V. Əsədov sürücüləri adıçəkilən yollardan mümkün qədər az istifadə etməyə, paytaxt sakinlərini mümkün qədər ictimai nəqliyyata üstünlük verməyə çağırıb.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.


Bu yazı ( 98 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar