12px14px16px18px

Hadi Rəcəbli: “Ötən il boşananların böyük əksəriyyətində mülkiyyət problemi yaranıb”

12:42 / 01.03.2012
“Ötən il boşananların böyük əksəriyyətində mülkiyyət problemi yaranıb”.Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli bildirib.
Millət vəkilinin sözlərinə görə, 2011-ci ildə ölkəmizdə təxminən 9 min boşanma halı qeydə alınıb ki, bunun da 7-8 minində mülkiyyət problemi meydana gəlib. “Gərək gənclər ailə qurmazdan əvvəl mülkiyyət müqaviləsi bağlasınlar. Qızlar ər evinə gəlirlər, əsasən də həmin evlər valideynlərin adına olur. Boşananda isə qadınlar uşağı ilə birgə evsiz qalır. Bu, cəmiyyətdə böyük problemlərdən biridir” - deyə, H. Rəcəbli vurğulayıb.
Millət vəkili onu da bildirib ki, müasir düşüncəli gənclər nikaha girməzdən əvvəl mülkiyyət müqaviləsi bağlayırlar ki, bu müsbət haldır.


Bu yazı ( 142 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar