12px14px16px18px

Suriyada fransız hərbçiləri yaxalandı

11:29 / 01.03.2012
Suriya prezidenti Bəşər Əsədə sadiq ordu qüvvələri müxalifətin qalası sayılan Hums şəhərini ələ keçirib.Lent.az-ın “Al-Arabiya” telekanalına istinadən verdiyi məlumata görə, ordu dünən artilleriya atəşindən sonra qəti hücuma keçib və şəhərə nəzarət bərpa olunub.
Döyüşlər zamanı 104 nəfər ölüb. Hazırda hərbçilər şəhərdə binalarda və zirzəmilərdə gizlənən silahlıları və saxlanan döyüş sursatlarını axtarır.
Əməliyyat zamanı fransız hərbçiləri də saxlanıb. Saxlanılan fransız hərbçiləri ilə bağlı nə rəsmi Dəməşq, nə də rəsmi Paris hələ şərh vermir. Fransız hərbçiləri sorğu zamanı iddia ediblər ki, müxaliflərə əsir düşüblər. Ancaq onlar Suriyaya hansı məqsədlə gəldiklərini söyləməyiblər. Bəzi məlumatlara görə, artıq Fransa vətəndaşlarını həbsdən azad etmək üçün fəaliyyətə başlayıb. Bir müddət öncə Suriyanı tərk etmiş Fransa səfirinin təcili və heç bir səbəb açıqlamadan dərhal Dəməşqə qayıtması da bunun sübutu ola bilər.
Bu arada ilk dəfə Suriyada toqquşmalar baş verən zonaya rusiyalı 3 jurnalist gedib. Hums şəhərinə yollanan “Rossiyskoy qazetı” və “Komsomolskoy pravdı” qəzetlərinin jurnalistləri atəş, mərmi və mina partlayışlarının bir neçə saat ərzində bir dəqiqə belə dayanmadığını bildiriblər. Hums yaxınlığında jurnalistləri qarşılayan polis əməkdaşları bildiriblər ki, hökumət qüvvələrinə qarşı əsasən peşəkar döyüşçülər qismində əfqanlar, liviyalılar, türklər, iordaniyalılar və Səudiyyə Əfqanıstanından gələnlər döyüşürlər. Polislər Humsda bir neçə min belə peşəkar döyüşçünün olduğunu bildiriblər.



Bu yazı ( 167 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar