12px14px16px18px

Bakıda dəm qazından 466 nəfər zəhərlənib

11:19 / 01.03.2012
Fevral ayı ərzində Bakıda 466 nəfər dəm qazından zəhərlənib.Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Lent.az-a verilən məlumata görə, müraciət edən şəxslərdən 385 nəfəri xəstəxanaya yerləşdirilib. Həkimlər hadisə yerinə çatanadək isə 6 nəfər dünyasını dəyişib.
Yanvar ayı ərzində isə stansiyanın briqadaları 278 nəfərə dəm qazından zəhərləndiyinə görə tibbi yardım göstərib və onlardan 174 nəfəri xəstəxanaya yerləşdirilib. Yanvarda ölənlərin sayı 11 olub ki, bu da fevral ayı ilə müqayisədə daha çoxdur. Ümumilikdə isə fevral ayında edilmiş müraciətlərin sayı xeyli çoxdur və bu da ayın ilk yarısında hökm sürən kəskin hava şəraiti ilə əlaqədardır.
Qeyd edək ki, son iki ayda dəm qazından ölən şəxslərin sayının daha çox olduğu bildirilir. Lakin bir çox halda dəm qazından boğulmuş şəxsin öldüyünü müəyyən edən yaxınları həkimə müraciət etməyə lüzum görmür. Bu kimi hallar, ümumiyyətlə bütün baş verənlər hüquq-mühafizə orqanlarında qeydiyyata alınır.




Bu yazı ( 136 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar