12px14px16px18px

Sarkoziyə daha bir zərbə

10:41 / 01.03.2012
Partiya və hökumət “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan yeni qanun layihəsini hazırlamağı absurd saydı .
Fransa Konstitusiya Şurasının qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu ləğv etməsindən sonra prezident Nikola Sarkozinin növbəti cəhdi də fiaskoya uğrayıb. Lent.az-ın Türkiyənin ‘Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Konstitusiya Şurasının qərarından sonra hökumətə qısa müddətdə qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan yeni qanun layihəsinin hazırlanması barədə göstəriş verən Nikola Sarkoziyə hökumət və lideri olduğu partiyadan rədd cavabı gəlib.
Fransa Xalq Hərəkatı Birliyi Partiyasının baş katibi François Cope Fransa parlamentinin qanunvericilik fəaliyyəti dövrünün prezident seçkiləri ilə bağlı martın 6-da başa çatacağını, buna görə də iyundan əvvəl yeni bir qanunun gündəmə gəlməsinin müşkül olduğunu bəyan edib: “Parlamentin fəaliyyəti başa çatdı və təəssüf ki, yeni bir qanunu gündəliyə sala bilmərik. İyundakı seçkilərdən sonra formalaşacaq yeni parlamenti gözləmək məcburiyyətindəyik”.
Hökumət sözçüsü Valerie Pecresse də bildirib ki, bu qanunvericilik ilində yeni bir qanunun qəbul edilməsi ehtimalı yoxdur: “Konstitusiya Şurasının qərarını araşdırırıq. Prezident Nikola Sarkozi bəzi erməni dərnəklərinin nümayəndələrini qəbul edəcək, Ədliyyə Nazirliyi də yeni qanun layihəsinin üzərində işləyəcək. Ancaq bu qanunvericilik ilində yeni qanunun qəbulu ehtimalı yoxdur”.



Bu yazı ( 157 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar