12px14px16px18px

Azərbaycan, Türkiyə və İran XİN başçılarının görüşünün tarixi məlum oldu

10:21 / 01.03.2012
Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri martın 7-də Naxçıvanda görüş keçirəcəklər. Lent.az-ın “Zaman” qəzetinə istinadən verdiyi məlumata görə, bu, 3 ölkənin xarici işlər nazirləri arasında ənənəvi görüşlər çərçivəsində baş tutacaq.
Görüşdə üç ölkəni maraqlandıran ortaq məsələlər müzakirə olunacaq, Cənubi Qafqazdakı son vəziyyət diqqət mərkəzində olacaq. Xarici işlər nazirlərinin Dilucu sərhəd-keçid məntəqəsini ziyarət edib-etməyəcəkləri isə hələ dəqiqləşməyib.
Qeyd edək ki, bundan əvvəl XİN başçılarının görüşü iki dəfə təxirə salınıb.



Bu yazı ( 133 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar