12px14px16px18px

Bakıda “avtoş” əməliyyatı

10:03 / 01.03.2012
Bakıda avtoxuliqanlara qarşı reyd keçirilib.APA-nın məlumatına görə, ötən gecə saatlarında keçirilən reydə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov rəhbərlik edib.
Reyd zamanı Bakının müxtəlif ərazilərində avtoxuliqanlıqla məşğul olan 15 sürücü saxlanılıb. Bundan başqa, xeyli sayda avtomobil sahibi qeyri-qanuni pərdə və plyonkalardan istifadə etdiyi üçün cərimələnib.Belə reydlərin davamlı olacağı bildirilir.



Bu yazı ( 119 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar