12px14px16px18px

Pakistanlı rəsmi FHN-ə təşəkkür etdi

08:13 / 01.03.2012
Kəmaləddin Heydərov Pakistanın Birləşmiş Qərargah Rəisləri komitəsinin sədrini qəbul edib.Azərbaycana rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri komitəsinin sədri general Xalid Şamim Vaynın rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qəbul edib.
Görüşdə nazir Kəmaləddin Heydərov Azərbaycanın son illərdə sosial-iqtisadi həyatın bütün sferalarında əldə etdiyi nailiyyətlərdən danışıb, habelə nazirliyin strukturu və fəaliyyəti barədə qonağa ətraflı məlumat verib.
Qonaq da öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib, hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulayıb. O, həmçinin, Pakistan İslam Respublikasında musson yağışları nəticəsində baş vermiş daşqınlardan zərər çəkmiş insanlara Fövqəladə Hallar Nazirliyinin göstərdiyi yardıma görə təşəkkür edib.



Bu yazı ( 110 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar