12px14px16px18px

Ağdam sakini xalasının ərini güllələyərək qətlə yetirdi

11:32 / 29.02.2012
Fevralın 20-də Ağdam rayonunda yaxın qohumu tərəfindən güllələnən şəxs xəstəxanada ölüb. Ağdam rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Mireşəli kənd sakini Kamil Məmmədov əmisinin həyətində, xalasının həyat yoldaşı Sərhad Abbasovu ov tüfəngi ilə güllələyib. Yaralı ağır vəziyyətdə Mingəçevir Şəhər Xəstəxanasına çatdırılıb. Həkimlər onun 8 gün həyatda saxlaya biliblər və bu gün səhər saatlarında S.Abbasov keçinib. Hadisəyə qohumlar arasında düşmüş mübahisə olub. K.Məmmədov tutulub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd (29,120.1-ci) maddəsi ilə başlanılan cinayət işi 120.1-ci maddəyə (qəsdən adam öldürmə) tövsif olunub.




Bu yazı ( 142 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar