12px14px16px18px

Rusiya Qəbələ RLS-dən istifadəni dayandıra bilər

11:06 / 29.02.2012
Azərbaycan Qəbələ Radiolokasiya Stansiyasının (RLS) icarəsi üçün Rusiyadan 1 il üçün 300 milyon dollar ödəməsini istəyib. Lent.az-ın verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyindəki mənbə “Kommersant” qəzetinə məlumat sızdırıb. Qəbələ RLS üçün indiyə qədər Rusiyanın 7 milyon dollar icarə haqqı ödədiyini yazan “Kommersant” qəzeti Rusiya Müdafiə Nazirliyinin Azərbaycanın 300 milyon dollar ödənməsi təklifinə müsbət yanaşmadığını qeyd edib. Rusiya Müdafiə Nazirliyindəki mənbə qeyd edib ki, əgər Azərbaycan bu vəsaitin ödənilməsində israr edərsə, Rusiya Qəbələ RLS-dən istifadəni dayandıra bilər.
Qeyd edək ki, Qəbələ RLS-in icarəyə verilməsi ilə bağlı Azərbaycanla Rusiya arasında 2002-ci ildə müqavilə imzalanıb və müqavilənin müddəti bu il başa çatır.


Bu yazı ( 136 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar