12px14px16px18px

Balakəndə iki məktəbli qız itkin düşüb

10:57 / 29.02.2012
Azərbaycanda məktəbli qızlar itkin düşüb.Bu barədə APA-ya Balakən Rayon Polis Şöbəsindən bildirilib.
Məlumata görə, rayonun Gərəkli kənd sakini, 16 yaşlı Nailə Nizami qızı Omarova və Balakən şəhər sakini, 16 yaşlı Mədinə Abdulqədir qızı Əhmədova ötən gün səhər saatlarında məktəbə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıblar. Övladlarının evə qayıtmadığını görən valideynlər bu barədə dərhal polisə məlumat veriblər. Polis həmin qızları itkin düşmüş kimi qeydiyyata alıb.
Polisdən həmçinin bildirilib ki, adıçəkilən qızlar Balakənin rayon mərkəzində yerləşən orta məktəbdə eyni sinifdə oxuyurlar. Hazırda məktəbli qızların tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Qeyd edək ki, bu, son bir ayda Azərbaycanda məktəblilərin evdən qaçmasına dair üçüncü hadisədir.



Bu yazı ( 142 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar