12px14px16px18px

Ermənilər ordumuzun zabitini yaralayıblar

10:31 / 29.02.2012
Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun zabiti yaralanıb.APA-nın məlumatına görə, hadisə cəbhənin Xocavənd rayonu istiqamətində qeydə alınıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. Bildirib ki, hadisə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında baş verib. Milli Ordunun leytenantı, 1988-ci il təvəllüdlü Pərvin Şahin oğlu Əliyev düşmən gülləsinə tuş gəlib. O, həkim nəzarəti altındadır.



Bu yazı ( 125 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar