12px14px16px18px

ABŞ-ın Suriyaya müdaxilə planı hazırdır

10:20 / 29.02.2012
ABŞ Suriyaya müdaxilə planı hazırlayıb.
Lent.az-ın verdiyi məlumata görə, bu barədə Pentaqondakı mənbələrə istinadən “Asharq Al-Awsat” qəzeti məlumat yayıb.
Vaşinqton Suriya ilə bağlı planı NATO-nun 1998-ci ildə Kosovaya qarşı apardığı kampaniyanın təcrübəsini nəzərə alaraq hazırlayıb. Kosova məsələsində də Rusiya və Çinin vetosu səbəbindən BMT Təhlükəsizlik Şurasında qərar qəbul edilməyib. ABŞ-ın Suriya planında Türkiyə-Suriya sərhədində qaçqınlar üçün təhlükəsizlik zonasının yaradılması nəzərdə tutulub. Təhlükəsizlik zonasının yaradılmasında məqsəd əvvəlcə Qırmızı Xaç Komitəsi, daha sonra NATO vasitəsi ilə bütün suriyalılara humanitar yardımın çatdırılmasıdır.
Humanitar dəhliz yaradıldıqdan sonra münaqişə tərəfləri arasında atəşin dayandırılmasına nail olunacaq. Bundan sonra yerində vəziyyəti öyrənmək və BMT Təhlükəsizlik Şurasına hesabat hazırlamaq üçün Suriyaya BMT-nin xüsusi nümayəndəsi göndəriləcək. ABŞ-ın ssenarisinə görə, bundan sonra beynəlxalq hüquq nöqteyi-nəzərindən Türkiyə və İordaniya ərazisindən humanitar maşın karvanını müdafiə etmək üçün hərbi aksiya başlayacaq. Lakin amerikalılar Suriya ordusu və Suriya Hərbi Hava Qüvvələrinin gücünü nəzərə alaraq plana ehtiyatla yanaşırlar.
Pentaqonun Suriya planı Kosova ssenarisindən fərqli olaraq Suriya Hərbi Qüvvələrinin məhv edilməsini və Suriyanın bombalanmasını nəzərdə tutmur. Ən azı ilkin mərhələdə...



Bu yazı ( 127 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar