12px14px16px18px

İran Azərbaycandan rəsmi izahat istəyib

10:09 / 29.02.2012
İran Azərbaycanın İsraildən 1,6 milyard dollar dəyərində silah alması ilə balı yayılan xəbərə rəsmi izahat verilməsini tələb edib. Lent.az-ın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bununla bağlı Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Cavanşir Axundov bildirib ki, Azərbaycanın İsraildən aldığı silahlar yalnız Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının azad edilməsi üçün istifadə ediləcək. Səfir qeyd edib ki, bu silah digər ölkələrə, o cümlədən İrana qarşı istifadə olunmayacaq. Cavanşir Axundov Azərbaycanın İranla münasibətləri inkişaf etdirmək niyyətində olduğunu söyləyib.



Bu yazı ( 132 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar