12px14px16px18px

Azərbaycanda 6 nəfər bədbəxt hadisənin qurbanı oldu

12:42 / 28.02.2012
Fevralın 27-də Azərbaycanda 6 nəfər bədbəxt hadisə nəticəsində ölüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Goranboy rayonu ərazisindəki Mingəçevir gölündə Mingəçevir şəhər sakini Zaur Musayev balıq tutarkən qayığın aşması nəticəsində suda boğulub. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Goranboy RPŞ tərəfindən aparılır.
Zaqatala rayonunun Qazangül qəsəbəsi ərazisində qəsəbə sakini Sərxan Məmmədov kanalizasiya quyusuna yıxılaraq ölüb.
Eyni gün Sumqayıtda "Qurd Dərəsi" adlandırılan ərazidəki evlərdən birində yaşayan 1 yaşlı Cavad İsmayılzadə boğazında badam ləpəsi qalması nəticəsində boğularaq dünyasını dəyişib. Daşkəsən rayonunun Dəstəfur kəndi ərazisindəki meşə zolağında isə rayon sakini Füzuli Əsgərov ağac kəsərkən, ağacın onun üstünə düşməsi nəticəsində dünyasını dəyişib.
Saylan rayonu sakini Ağalar Ağalarov həyətdəki hamamda, Bakı şəhərinin Binəqədi rayonu ərazisində yaşayan Vüsal Abdullayev isə evdəki hamamda dəm qazından boğularaq ölüb.


Bu yazı ( 142 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar